Safnauer yeni F1 komandası yaratmaq istəyir

Safnauer yeni F1 komandası yaratmaq istəyir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Cadillac komandası 2026-cı ildə Formula 1-də debüt edəcək və beləcə komanda sayı 11-ə çatacaq. Amerikalıların bu uğuru komanda yaratmaq planı olanların istəklərini alovlandırıb.

Bir vaxtlar Racing Point/Aston Martin və Alpine-ə rəhbərlik etmiş Otmar Safnauer dünya çempionatında 12-ci komanda üçün yer olduğuna inanır və artıq layihə üzərində işə başlayıb.

Otmar Safnauer: “Mənim 28 yaşım olanda Formula 1-də on iki komanda var idi. Formula 1-də ilk müqaviləmi 1997-ci ildə BAR ilə bağlamışam və o vaxt çempionatda daha çox iştirakçı var idi, ona görə də biz ilkin seçmələri keçməli olduq.

Ona görə də düşünürəm ki, indi on ikinci komanda üçün yer var. Və əgər iştirakçıların siyahısını daha da genişləndirmək qərarı verilsə, mən buna hazıram və uğurlu olacaq ərizə təqdim etmək istəyirəm. Hazırda üzərində işlədiyim şey budur.

Cadillac 11-ci işrirakçıdır, amma mənim başa düşdüyümə görə, onlar digər beş namizəd arasından seçiliblər. Beləliklə, mən yaxşı təsəvvür edə bilərəm ki, Formula 1 başqa komanda dəvət etmək istəsə, birdən çox müraciət edən olacaq. Formula 1 yeni komandanın seçilməsi prosesinə başlasa, ərizəmin ən yaxşısı olacağına əmin olmaq üçün hər şeyi etmək istəyirəm.

Bunları da oxuyun

Şərh əlavə et