Kokpit.az xatırladır ki, Mercedes hazırda Mühəndislər Kubokunda ikinci yerdə olsa da, yarış tempində heç də stabil çıxış etmirlər.
Ceyms Əllison: “Yarışda təkərlər istədiyimizdən çox qızır. Buna görə də sürücülərimiz tempi salmağa məcbur olurlar. Yarışan zaman sürət azaltmaq hər sürücünün istəyəcəyi ən son şeydir.
Hazırda kiçik yeniliklər olsa da, görüntü olaraq nəzətə çarpan detallar tezliklə gələcək. Hədəfimiz yarışda stabil olmaqdır. Təkər temperaturuna nəzarət etmək bolidin real potensialını göstərmək üçün çox vacibdir”.
Ceyms Əllison Mayamidə yaxşı həftəsonu keçirən Kimi Antonellidən də danışıb. O bildirib ki, gənc italyanın cümə günü sprint sıralanma turunda qazandığı poul komandanın əhvalını yüksəldib. Lakin pit-stopda yaşanan insidentdə o, sürücüsünü günahkar görmür: “Sprint yarışındakı pit-stop tamamilə bəxtsizlik idi. Sayns pit yolunda yavaş gedirdi və biz Kimini çıxarmağa hazır idik. Təhlükəsizlik üçün bir neçə saniyə gözləməli olduq”.
Lakin Antonelli əsas yarışda pit-stop etdikdən sonra Hard təkərlərdə tempi düşüb.
Ceyms Əllison: “Hard təkər dözümlü idi, amma performans cəhətdən geridə qalırdı. Kimi doğru balansı tapmaqda çətinlik çəkdi. Amma bunu uğursuzluq kimi görmürük. Belə çətinliklər onun inkişafında çox vacib rol oynayacaq. Komanda inkişaf edir və sürücülərimiz öyrənir. Bu mövsümün ikinci yarısında daha güclü olacağıq”.
Şərh əlavə et