Red Bull ilə xeyriyyə qaçışına hazırsan?

Red Bull ilə xeyriyyə qaçışına hazırsan?
Participants seen running during Wings for Life World Run 2023 in Baku , Azerbaijan // Orkhan Kerimov for Wings for Life World Run // SI202305081117 // Usage for editorial use only //
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək.

4 may 2025-ci il tarixində Azərbaycanda qlobal xeyriyyə tədbiri olan Wings for Life World Run yenidən təşkilolunacaq. Qaçış bu il də App Run (tətbiq) formatında baştutacaq və Bakı Dənizkənarı Bulvarındakı Bayraq Meydanının qarşısından, yerli vaxtla saat 15:00-da start veriləcək.

Wings for Life World Run həm qaçanlar, həm də əlil arabasında iştirak edənlər üçün nəzərdə tutulmuş unikal birqlobal qaçışdır. Bu tədbir eyni tarixdə və eyni saatda dünyanın onlarla ölkəsində start götürərək iştirakçılar arasında bərabərlik yaradır. Yürüşün ən fərqli cəhəti isə ənənəvi finişxəttinin olmamasıdır. Qaçış başladıqdan 30 dəqiqə sonra virtual yaxalama avtomobili (Catcher Car) iştirakçıların arxasınca hərəkətə keçir və getdikcə sürətlənərək onları“yaxalayır“. Avtomobil sənə çatdığı anda isə sənin şəxsifinişin sayılır.

Bu beynəlxalq tədbirin məqsədi onurğa beyni zədələrinin müalicəsinə yönəlmiş elmi tədqiqatlara dəstək olmaqdır. İştirak haqqının 100%-i bilavasitə Wings for Life fonduna köçürülərək bu sahədə aparılan həyati əhəmiyyətli kliniktədqiqatların maliyyələşdirilməsinə sərf olunur. Qaçabilməyən milyonlarla insan üçün ümid olmaq, onların həyatınatəsir etmək bu yürüşün əsas məqsədini təşkil edir.

Yürüşdə iştirak etmək istəyənlər “Wings for Life World Run” mobil tətbiqini smartfonlarına yükləyərək qeydiyyatdan keçəbilərlər.

Tətbiq həm iOS, həm də Android cihazlar üçün ödənişsiz şəkildə əlçatandır.

İştirakçılar tədbirə qoşulduqdan sonra tətbiq vasitəsilə həm marşrutlarını izləyə, həm də virtual yaxalama avtomobilinə qarşı nə qədər irəlilədiklərini görə biləcəklər.

Wings for Life World Run tədbiri inklüziv formatı ilə seçilir və fiziki hazırlıq səviyyəsindən, yaşdan və bacarıqdan asılı olmayaraq hər kəsin iştirakına açıqdır. Qaçmaq, yerimək və ya əlil arabasında qoşulmaq mümkündür – əsas olan bir məqsədə birləşməkdir: qaça bilməyənlər üçün qaçmaq.

 

Əlavə məlumat və qeydiyyat üçün:
🌐redbull.az/wflwr

Tədbir tarixi: 4 may 2025
Saat: 15:00 (yerli vaxtla)
Məkan: Bakı Dənizkənarı Bulvarındakı Bayraq Meydanı

Bunları da oxuyun

Şərh əlavə et