Kokpit.az xatırladır ki, Şarl Lekler keçən həftə keçirilən Səudiyyə Ərəbistanı yarışında üçüncü oolaraq Ferrari-yə builki ilk podiumu qazandırıb. Ancaq o, qələbə uğrunda mübarizə apara bilməyib və yarışın qalibi Oskar Piastridəm 8.1 saniyə geridə qalıb.
Monakolu sürücü yarışa dördüncü yerdən başlayıb və o, sıralanma turunda pouldakı Maks Ferstappendən 0.376 saniyə geridə qalıb.
Frederik Vassyör: “Bizim üçün ən əsas iş sıralanma tempi ilə yarış tempi arasındakı fərqdir. Lekler Səudiyyə Ərəbistanında pit-stoplardan sonra çox güclü idi və son 35-40 dövrədə Ferstappen və Piastridən sürətli olduğunu düşünürəm.
Lakin sıralanma turunda çox çətinlik çəkdik və buna köklənməliyik, çünki dördüncü yerdən başlamaq çirkli havada qalmağa və ilk beş dövrədə bir neçə saniyə vaxt itirməyə səbəb olur. Daha sonra yaxşı yarışsan da, ən yaxşı halda üçüncü yeri tutursan.
Buna görə də həftəsonu daha yaxşı nəticə almaq üçün sıralanma tempi üzərində işləməliyik. Səudiyyə Ərəbistanı pozitiv idi, çünki bir addım qabağa getdik. Yarış tempimiz çox güclü idi və daha yaxşı nəticə üçün potensialımız var idi”.
Şərh əlavə et