Kokpit.az bildirir ki, Red Bull və Ferrari-nin 2026-cı ildə başlayacaq motor reqlamentində etirazı yenə nəticəsiz qalıb.
Yeni reqlamentə görə maşınlar gücün 50 faizini batareyadan təmin edəcək. Bu hal xüsusilə Red Bull ilə Ferrari-ni narahat edir. İki komanda da enerji paylaşımında dəyişiklik edilməsini və elektrik gücün 350 kW-dan 200 kW-ya salınmasını tələb edib. Ancaq bu təklif 24 apreldə yığılan Formula 1 komissiyasında rədd edilib.
Komandalar düşünqür ki, elektrik motorun belə çox güx istehsal etməsi təhlükəsizlik üçün risklidir.
Ancaq Auto Motor und Sport-un xəbərinə görə Ferrari və Red Bull-un belə təşvişə düşmələrinin səbəbi Mercedes-in 2026-cı il motorlarında daha yaxşı olmasıdır.
Eynilə 2014-cü ildə Hibrid motorlara keçərkən olduğu kimi Mercedes-in yenə üstün olması gözlənilir. Bu iddialara əsas verən ünsür isə Mercedes-in rəhbəri Toto Volffun dəyişiklik təkliflərinə sərt reaksiya göstərməsidir: “Bu, əsl zarafatdır. Keçən həftə motorlar barədə bir toplantı keçirmişdik. Yenə də eyni mövzu gündəmə gəlir”.
FİA isə verdiyi açıqlamada bildirib ki, motor istehsalçıları arasında ciddi güc və dözümlülük problemləri olsa, büdcə limiti böyüdülə biləcək və əlavə vaxt veriləcək. Beləliklə, böyük güc fərqlərinin qarşısı alınacaq. Ancaq hələki 2026-cı ilin reqlamentində dəyişiklik edilməyəcək.
Şərh əlavə et