Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Mayamidə görüşərik

Red Bull komandasının sürücüsü Maks Ferstappen Ciddədəki yarışdan sonra qısa danışıb.

Kokpit.az xatırladır ki, yarışa ikinci yerdən başlayan Oskar Piastri startda Ferstappenlə yan-yana gəlib və iki sürücü liderlik uğrunda mübarizə apararkən Ferstappen şikanı kəsib. Stüardlar buna görə niderlandlı sürücüyə 5 saniyə cəza veriblər.

Maks bu cəzanı pit-stopda çəkəndən sonra Oskar onu qabaqlayıb və ondan sonra problem yaşamadan finişə çataraq, mövsümdə üçüncü qələbəsini qazanıb. Bu qələbə onu çempionatın yeni lideri edib.

Maks Ferstappen: “Qısa danışacağam. Ciddədəki bütün fanatlara çox təşəkkür edirəm. Əla həftə sonu idi. Mən bu trası çox sevirəm. olanlar oldu. Mayamini səbirsizliklə gözləyirəm, orada görüşərik”.

Keçən ilin Ostin yarışında da bənzər hadisə olmuş və Maks Ferstappen yerini Lando Norrisə vermişdi. Niderlandlı pilot bu barədə belə danışıb: “Keçən il və bu il reqlament fərqlidir. Buna görə də əsl problem bu deyil. Ancaq açıq danışsaq, bu mənim problemim deyil.

Burada yarış tempimizin yaxşı olması müsbət haldır. Medium təkərlərdə çox xoşbəxt idim. Cümədən Şənbəyə doğru etdiyimiz səyişikliklər bəhrəsini verdi və təkər yeyilməsi önəmli dərəcədə azaldı”.

Dördqat Dünya Çempionu sonda əlavə edib ki, apellyasiyaya getməyəcəklər: “Xeyr, bununla maraqlanmıram. Hazırda tək istədiyim şey artıq evə getməkdir”.

Rauf Hacıyev

Şərh əlavə et