Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan QP üçün könüllü qeydiyyatı rekordla başa çatıb

Cəmi 48 saat ərzində 31,000-dən çox müraciətin daxil olması Azərbaycan Qran Prisi tarixində ən yüksək göstərici kimi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən il bu rəqəm 16,000 idi.

Seçim zamanı motivasiyalı, ünsiyyət bacarığı və komanda ilə işləmə qabiliyyəti yüksək olan namizədlərə üstünlük veriləcək.

Formula 1 könüllüsü olmaq nə qazandırır?
– Avto idmanı sahəsinin peşəkarları ilə bir arada olmaq, yeni dostlar qazanmaq
– Komanda təcrübəsi əldə etmək və şəxsi inkişaf üçün unikal imkanlar
– Formula 1 həyəcanını yaxından hiss etmək və beynəlxalq tədbirin bir parçası olmaq
– BCC Akademiyanın təşkil etdiyi müxtəlif təlimlərdə iştirak etmək

Qeyd edək ki, ötən il 2000 könüllü Formula 1 Azərbaycan Qran Prisinin təşkilində yaxından iştirak edib.

Seçim prosesi və proqramla bağlı yenilikləri rəsmi sosial media hesablarımızdan izləyin.

Elçin Zodorov

Şərh əlavə et