Qətər sprint: Markes yenidən qazanıb

Qətər sprint: Markes yenidən qazanıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ducati komandasının sürücüsü Mark Markes Qətərdəki sprint yarışını qazanaraq, çempionatda yenidən liderliyə yüksəlib. 

Kokpit.az bildirir ki, ispaniyalı sürücü Luseyldə ardıcıl dördüncü poulunu qazandıqdan sonra sprint yarışında da qalib gəlib. O, yarışın startında qardaşı Aleks Markesə keçilsə də, əks hücumla yerini geri qaytarıb. Yarışın qalan hissəsində isə üstünlüyünü qoruyaraq, builki dördüncü sprint yarışında da qalib gəlib. O, finişə qardaşı Aleks Markesdən 1.5 saniyə əvvəl çatıb. 

Podiumun son pilləsi üçün isə son döngəyə qədər mübarizə yaşanıb. Franko Morbidelli yarışın sonuna qədər Fabio Kuartararo və debütant Fermin Aldequerin təzyiqlərinə baxmayaraq, yerini qoruyub və üçüncü yeri tutub. Əvəzində Kuartararo son döngədə səhv edərək, Aldequerə keçilib və dördüncülüyü əldən verib.

İkiqat Dünya Çempionu Fransçesko Banyaya isə sıralanma turundakı qəzasının cəzasını çəkib. O, yarışa 11-ci yerdən başlayıb və zəif performans göstərərək, 11-ci yerlə razılaşıb.

Ümumilikdə ilk 10 yerdəki əksər sürücülər keçən il Qətərdə hamının seçdiyi Medium təkərlərlə yarışa çıxıblar.. Lakin Maverik vinyales, Yohan Zarko, aleks Rins və Bred Binder yarışa Soft arxa təkəri seçiblər.

Sonuncu Dünya Çempionu zədədən qayıdaraq, mövsümdə və Aprilia komandasında ilk yarışına çıxıb. İspaniyalı sürücü yarışın əvvəlində Françesko Banyayanı keçsə də, sonda 16-cı yerə qədər geriləyib.

Xoan Mir isə sıralanma turunda 16-cı yeri tutduqdan sonra məfə-bağırsaq infeksiyasına görə sprint yarışına çıxmayıb. Onun sağlamlıq vəziyyətinə bazar günü qərar veriləcək.

Bunları da oxuyun

Şərh əlavə et