Kokpit.az xatırladır ki, meksikalı sürücü keçənilki uğursuz çıxışdan sonra Red Bull-dan qovulmuş və bu mövsüm özünə komanda tapmadığı üçün Formula 1 karyerasına fasilə verməli olmuşdu.
Lakin 35 yaşlı pilota Formula 1-də yeni qapı açıla bilər. Gələn il Formula 1-də debüt etməyə hazırlaşan Cadillac komandası meksikalı pilotun xidmətində maraqlıdır.
Cadillac-ın məsləhətçisi Mario Andretti bildirib ki, onlar komanda üçün təcrübəli pilot axtarırlar: “İkinci oturacağımıza təcrübəli və bizə liderlik edəcək pilot axtarırıq. Bizim seçimlərimiz qətidir. Realist olsaq, üç sürücüdən birini seçəcəyik, amma kim olduqlarını deyə bilmərəm.
Serxio Peres də bizim üçün bir seçim ola bilər. Ehtimallar arasında onu da dəyərləndiririk”.
Bu il avtoidman karyerasıma fasilə verən Serxio Peres isə seçimlərinin olduğunu deyib: “Hazırda mənim üçün açıq olan bir neçə qapı var. Karyeramla bağlı ən doğru qərarı almaq üçün özümə vaxt verməliyəm”.
Cadillac-ın əsas seçimlərindən biri Kolton Herta olsa da, onun super lisenziya ilə bağlı problemləri var. Buna görə də Serxio Peres əsas namizədlərdən biri sayılır.
Şərh əlavə et