Kokpit.az xatırladır ki, Red Bull Racing Yaponiya Qran Prisi üçün Liam Lousonla yollarını ayırmağa və onu Yuki Tsunoda ilə əvəz etməyi hazırlaşır.
BBC Sport-un komandadaxili mənbələrə əsaslanaraq verdiyi məlumata görə, bu barədə qərar Red Bull rəhbərliyi tərəfindən Dubayda keçirilən toplantıda verilib. Red Bull-un bu həftə ərzində bu qərarı rəsmi olaraq elan edəcəyi gözlənilir.
Bununla da Tsunoda əsas komandaya keçəcək, Louson isə yenidən Racing Bulls üçün yarışacaq.
Qeyd edək ki, Red Bull gənc sürücülərinə qarşı sərt və amansız yanaşması ilə tanınır. Formula 1-də gözləntiləri qarşılaya bilməyən pilotlar qısa müddətdə komandadan uzaqlaşdırıla bilər. Lakin cəmi iki yarışdan sonra baş verən dəyişiklik komanda idarəçiliyi üçün yeni rekord hesab olunur.
Şərh əlavə et