Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 19-21 sentyabr 2025-ci iltarixlərində keçiriləcək Formula 1 Qatar Airways AzərbaycanQran Prisi 2025 üçün marşal qeydiyyatı proqramına start verdi.
Siz də marşal olun, Formula 1 həyəcanını yerində yaşayın!
Sürət yarışının həyəcanverici atmosferini trekə ən yaxınməsafədən hiss etmək istəyirsinizsə və yaşınız 21-dən yuxarıdırsa, dünyanın hansı yerində yaşamağınızdan asılıolmayaraq, Marşal Proqramına qoşulmaq şansınız vardır! Tədbirin uğurla keçməsində və yarış zolağının təhlükəsizliyinintəmin olunmasında öz töhfənizi vermək fürsətini qaçırmayın.
İştirakçılara beynəlxalq rəsmi lisenziya təqdim olunacaq!
Azərbaycan Avtomobil Federasiyası (AAF) bu proqramı uğurlabaşa vuran hər bir marşalı FIA tərəfindən qəbul olunmuş beynəlxalq rəsmi lisenziya ilə təltif edəcək. Bu lisenziyamarşallara yalnız Azərbaycanda deyil, Formula 1 Qran Prisi vədigər avtomobil idman yarışlarında iştirak etmək imkanıverəcək.
Xatırladaq ki, ötən il Formula 1 Qatar Airways AzərbaycanQran Prisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxu əcnəbi olub.
Marşal Proqramı haqqında daha ətraflı məlumatı Bakı ŞəhərHalqasının veb-səhifəsindən, həmçinin, marshals@bakugp.az elektron ünvanına yazaraq əldə etmək mümkündür.
Qeydiyyat üçün link: https://www.bakucitycircuit.com/az/marshals
Bu unudulmaz təcrübənin bir hissəsi olun, Formula 1-in həyəcanını yaxından yaşayın!
Şərh əlavə et