Kokpit.az bildirir ki, fransızlar yeni A525-i çəkiliş günü üçün Saxir trasına çıxarıblar. Qaydalara görə komandalar çəkiliş günündə Pirelli-nin şou təkərləri ilə 200 kilometr məsafə qət edə bilərlər.
Pyer Qasli: “Bu sadəcə sınaq yürüşüdür. Burada işimiz məhduddur. Buna görə də maşını tam potensialında sürə bilmirik. Amma hələlik problem yoxdur. Mövsümöncəsi qış testlərində maşını sürmək üçün səbirsizlənirəm”.
Cek Duhən: “Mövsüm başlamamışdan əvvəl testlərdə 3 gün ərzində çox şeyin üzərində işləyəcəyik”.
Komandanın rəhbəri Oliver Ouks: “Üzərində işləməli olduğumuz sahələr çoxdur”.
Qeyd edək ki, Alpine komandası Bəhreyndəki qış testləri üçün cədvəlini açıqlayıb. Komandanın debütant sürücüsü Cek Duhən çərşənbə səhər, çərşənbə axşamı nahardan sonra, cümə səhər trasa çıxacaq. Pyer Qasli isə çərşənbə və cümə günləri nahardan sonra, cümə axşamı səhər trasa çıxacaq.
Şərh əlavə et