Sayns Həmiltonun Ferrari-də çempionluq şanslarını qiymətləndirib

Sayns Həmiltonun Ferrari-də çempionluq şanslarını qiymətləndirib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Lyuis Həmilton çox iddialı niyyətlərlə qoşulduğu Ferrari-də ilk mövsümünə hazırlaşır. İtaliya komandasının rəhbərləri yeddiqat dünya çempionunu məhz qələbələr uğrunda mübarizə aparması üçün dəvət ediblər.

Bəs o, Scuderia ilə səkkizinci titulunu qazana biləcəkmi? Bu məsələ ilə bağlı müxtəlif fikirlər var və dünənki Williams təqdimatında da təbii ki, Ferrari-nin sabiq sürücüsü Karlos Saynsa də eyni sualları verilib.

Karlos Sayns: “Lyuislə mən heç vaxt komanda yoldaşı olmamışıq, ona görə də onun nəyə qadir olduğunu bilmirəm. Mən heç vaxt onun telemetriyasını görməmişəm, amma Şarl Leklerin işlədiyini görmüşəm və onun nə qədər yaxşı olduğunu bilirəm.

Müəyyən bir yarışçının imkanlarını yalnız bir halda az və ya çox dəqiq qiymətləndirə bilərsiniz: əgər siz onun komanda yoldaşısınızsa və onun nəyə qadir olduğunu görsəniz. Amma Lyuisin əvvəlki nəticələrinə və nailiyyətlərinə əsasən onu deyə bilərəm ki, onun Ferrari-də rəqabətədavamlı olma şansı çox yüksəkdir.

Amma həmişə olduğu kimi, hər şey onun maşına və komandaya nə dərəcədə uyğunlaşmasından asılı olacaq. O qədər dəyişən şeylər var ki, proqnoz vermək mümkün deyil. Bununla belə, Scuderia-nı tərk edəndə məndə belə bir hiss yaranmışdı ki, həm Ferrari, həm də Şarl çempionatda qələbə üçün mübarizə aparmağa hazırdırlar. Lyuisin gəlişi ilə bu şanslar daha da yaxşılaşa bilər”.

Bunları da oxuyun

Şərh əlavə et