Prost Senna serialını bəyənməyib

Prost Senna serialını bəyənməyib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Keçən ilin noyabr ayının sonlarında Netflix platformasında əfsanəvi Formula 1 pilotu,üçqat dünya çempionu mərhum Ayrton Senna barədə serial yayımlanıb.

Kokpit.az bildirir ki, serial ictimaiyyətdən qarışıq rəylər alıb. Onu bəyənməyənlər arasında Sennanın ən böyük rəqibi, dördqat dünya çempionu Alen Prost da var. O, hesab edir ki, serialda realizm yoxdur.

RMC Motori Alen Prostdan sitat gətirir: “Əminəm ki, Ayrton özü də serialı ən azından faktlara kifayət qədər diqqət yetirmədiyinə görə bəyənməzdi. Əla hekayədir, amma doğru olmayan şeyləri ora əlavə etmək olmaz. Əgər müəlliflər kommersiya layihəsi hazırlayırlarsa, o zaman Sennanın adından istifadə etmək düzgün deyil. Bu yanaşmanı bəyənmirəm və qəbul etmirəm”.

Xatırladaq ki, ikilinin mübarizəsi barədə 2010-cu ildə Asif Kapadia tərəfindən də Senna sənədli filmi çəkilmişdi. Başdan sona real səhnələr və real şəxslərin müsahibələrindən ibarət olan həmin film barədə də düşüncələr birmənalı olmamışdı. Filmi tənqid edənlər onun Senna nöqteyi-nəzərindən çəkildiyini, Senna-Prost münasibətlərinin obyektiv göstərilmədiyini bildirirdilər.

Bunları da oxuyun

Şərh əlavə et