Xəbəri Kokpitdə Oxuyun!

F1 Ruandadakı vəziyyəti izləyir

Formula 1 rəhbərliyi Konqo Demokratik Respublikası ilə olan münaqişəni “yaxından izlədiyini” və bunun Ruandanın Qran Priyə ev sahibliyi etmək istəyinə təsirini qiymətləndirdiyini bildirib. Bu bildiriş Konqonun xarici işlər naziri Tereza Kayikvambanın Ruandada F1-in keçiriləcəyindən narahatlığını bildirən məktubuna cavabdır.

Formula 1 sözçüsü deyib: “Gələcəkdə Formula 1 yarışına ev sahibliyi etmək istəyən dünya üzrə bir neçə təşkilatçıdan sorğu almışıq. Biz istənilən potensial müraciəti ətraflı qiymətləndiririk və istənilən gələcək qərarlar tam məlumat əsasında, idmanın və dəyərlərimizin ən yaxşı mənafelərinə uyğun gəlir”.

BBC Sport-un məlumatına görə, Konqo Demokratik Respublikasındakı münaqişə də daxil olmaqla, bir sıra amillərə görə Ruandanın Qran Priyə ev sahibliyi etmək şansı faktiki olaraq yoxdur.

Xatırladaq ki, keçən il FIA-nın Ruandada baş tutan mövsümsonu mükafatlandırma mərasimində ölkənin prezidenti Pol Kaqame Qran Priyə ev sahibliyi etmək üçün rəsmi müraciət etdiklərini təsdiqləyib.

Elçin Zodorov

Şərh əlavə et