Red Bull Qaçaqaç 2025 yarışının qalibləri məlumdur

Red Bull Qaçaqaç 2025 yarışının qalibləri məlumdur
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Qış mövsümünün ən maraqlı və ekstremal yarışlarından biri olan Red Bull Qaçaqaç sona çatdı. 200-dən çox iştirakçının qatıldığı bu yarışda xizək və snoubord sürənlər bir araya gəldi.

Şahdağ Turizm Mərkəzində baş tutan yarışda iştirakçılar 2,351 metr yüksəklikdən start götürərək əvvəlcədən hazırladıqları snoubord və xizəklərinə doğru 100 metr qaçmalı, onları sürətlə geyinərək 5 kilometrlik məsafəni qət etməli idilər.

Dongfeng Azərbaycan brendinin dəstəyi ilə keçirilən Red Bull Qaçaqaç yarışında 5 qalib müəyyən olundu:

🏆 Ən sürətli snoubordçu (qadın) – Nuranə Musayeva

🏆 Ən sürətli snoubordçu (kişi) – Elçin Məmmədov

🏆 Ən sürətli xizəkçi (qadın) – Nurel Hacıbəyli

🏆 Ən sürətli xizəkçi (kişi) – Ceyhun Balamətov

🏆 Ən kreativ geyim qalibi – Evgeniy Borordin

Qaliblər 500 AZN pul mükafatı, Red Bull eynəyi və Şahdağ Turizm Mərkəzindən müxtəlif hədiyyələr qazandı. Ən sürətli snoubordçu və xizəkçilər Sport System mağazasından 5 əyləncə kuponu, ən kreativ geyim qalibi isə paraplanla uçuş əldə etdi.

Tədbir boyunca qonaqlar xüsusi olaraq ayrılmış “Dongfeng Lounge” zonasında istirahət edərək əyləncəli vaxt keçirdilər. Eyni zamanda, onlar Dongfeng avtomobili ilə yaxından tanış olmaq imkanı da əldə etdilər.

Red Bull Qaçaqaç yarışı ölkəmizdə artıq üçüncü dəfə keçirilir və dünyanın bir çox ölkəsində tanınan “Red Bull Homerun” formatına əsaslanır. Yarışın məqsədi qış idman növlərini daha da populyarlaşdırmaq və iştirakçılara həyəcan dolu və unudulmaz anlar yaşatmaqdır.

Bunları da oxuyun

Şərh əlavə et