Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin təqdimat tarixini açıqlayıb

Aston Martin komandası 2025-ci il bolidinin təqdimat tarixini açıqlayıb.

Kokpit.az bildirir ki, “yaşıllar” yeni Formula 1 maşınının ictiamiyyətə təqdim etmə vaxtını açıqlayıb.

Aston Martin AMR25-in fevralın 18-də Formula 1-in böyük təqdimat tədbirində rəng çaları təqdim ediləcək. Bu təqdimatdan bir neçə gün sonra – 23 fevralda bolid ictimaiyyətə göstəriləcək. Fevralın 24-də isə bolid ilk dəfə Bəhreyndə ilk dəfə trasa çıxarılacaq.

Qeyd edək ki, Aston Martin son iki mövsümdə Mühəndislər Kubokunu 5-ci yerdə bağlayıb. Onlar yeni bolidləri ilə ilk üçlük uğrunda mübarizə aparmaq istəyirlər.

Britaniya komandası 23 fevrala təqdimatı elektron kanallar üzərindən edəcək.

Rauf Hacıyev

Şərh əlavə et