Azərbaycan QP-sinin biletləri endirimlə satışa çıxıb

Azərbaycan QP-sinin biletləri endirimlə satışa çıxıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə rəsmi bilet satışına start verilib!

Mövsümün ən həyəcanlı şəhər yarışlarından biri – Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 üçün bilet satışına başlanıb. Biletləri www.bakucitycircuit.com rəsmi vebsəhifəsindən əldə edə bilərsiniz. Həmçinin, “Baku City Circuit” mobil tətbiqi üzərindən 20 faiz güzəştlə biletlər əldə etmək mümkündür. Bu fürsət yalnız fevralın 5-dək davam edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri pit zolağı gəzintisi imkanı əldə edərək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar. Qeyd edək ki, ötən il pit zolağı gəzintisində iştirakçı sayı rekord həddə çatıb. Yarış həftəsi ərzində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumatlar mütəmadi olaraq azarkeşlərə təqdim olunacaq.

Ötənilki Bakı yarışı həftəsonunda azarkeşlərin sayı son 8 ildə ən yüksək səviyyəyə çataraq, 76 min nəfərə yüksəlib! Siz də builki həyəcanı birbaşa Bakı Şəhər Halqasında yaşamaq istəyirsinizsə, vaxt itirməyin! Biletlərinizi əldə edib yerlərinizi indidən tutun – Formula 1-in sürət dolu anlarına qoşulun!

75 illik yubileyini  qeyd edən Formula 1 Çempionatı bu il möhtəşəmliyi ilə xüsusilə yaddaşlarda qalacaq.  Yüksək maraqla gözlənilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi2025 bu il də dünya avtoidmanının diqqətini paytaxtımıza yönəldəcək.

Bunları da oxuyun

Şərh əlavə et