Xəbəri Kokpitdə Oxuyun!

Həmilton ilk dəfə qırmızı kombinezon geyinib

Britaniyalı pilot Lyuis Həmilton 2025-ci il mövsümündə Ferrari ilə yarışacağı qırmızı kombinezonu ilk dəfə geyinib.

Komanda işçiləri ilə görüşdükdən sonra Həmilton ilk dəfə Ferrari-nin məşhur qırmızı kombinezonunu geyinib və bu xüsusi anı İnstagram hesabında paylaşdığı foto ilə əbədiləşdirib. Ferrari-nin sosial media hesabı da bir neçə dəqiqə sonra bu şəkli paylaşıb.

Bu paylaşım qısa müddət ərzində minlərlə paylaşım alıb.  Yeddiqat Dünya Çempionunun Ferrari-yə keçidi təxminən bir il əvvəl elan edilmişdi və fanatlar o vaxtdan bəri bu anı gözləyirdilər.

Nəhayət, həsrət sona çatıb və Həmilton qırmızı Ferrari geyimlərini geyinib.  Ferrari sponsorları ilə qırmızı kombinezon geyindikdən sonra Hamilton yaxın günlərdə keçiriləcək testlər üçün oturacaq sazlanması edib. İlk test sürüşü çərşənbə günü Fyorano trasında baş tutacaq. Ferrari fanatları bu tarixi anı izləmək üçün artıq düşərgələr və manqallar qurublar.

Rauf Hacıyev

Şərh əlavə et