Xəbəri Kokpitdə Oxuyun!

Ferrari daha tünd rənglə yarışacaq?

AutoRacer-in verdiyi xəbərə görə Ferrari yeni mövsümdən etibarən tünd qırmızı rənglə yarışacaq.

Kokpit.az xatırladır ko, Formula 1-in 75-ci mövsümü üçün təşkil olunacaq böyük təqdimat fevralın 18-də Londonda O2 Arenada reallaşacaq. Bu tədbirdə bütün komandalar yeni rəng çalarlarını təqdim edəcəklər. Formula 1 azarkeşləri bu tədbirin hesabına yeni maşınların rəng çalarını daha yaxından görə biləcəklər.

Ferrari 19 fevralda yeni maşını təqdinm edəcək və eyni gün test üçün Fyoranoda bolidi trasa çıxaracaq. Buna görə də Londondakı tədbirdə yeni maşın göstərilməyəcək.

Autoracer-in xəbərinə görə 2025-ci ilin maşınlarında ağırlıq barədə ciddi problemlər olmayacaq. Buna görə də əvvəlki illərdə gördüyümüz karvon fiber hissələr bu il daha az olacaq.

Bu dəyişiklikdə ağırlığın minumum çəkisinin 798 kilodan 800 kiloya çıxmağının rolu da var. Xəbərə görə Ferrari Londondakı təqdimara başqa rəng çaları ilə çıxacaq. Yeni bolid daha tünd olacaq. Bundan başqa maşında qırmızı rəng üstünlük təşkil edəcək. Bu dəyişiklik son iki ilin dizaynına nisbətən önəmli fərqlilik yaradacaq.

Lakin onu da qeyd edək ki, Ferrari SF1000 modelində istifadə etdiyo Rosso Mugello (Mugello Qırmızısı) çalarına qayıtmayacaq. Bu xüsusi rəng Ferrari komandasının Formula 1-dəki 1000-ci Qran Prisi üçün istifadə edilmişdi.

Yeni bolidin dizaynında cəsarətli və müasir dizayn xətti olacaq. Ferrari-nin Maranellodakı dizayn komandası bolidin üzərinə iddialı çalarlar əlavə edərək, dizaynı daha təsiredici etmək istəyir.

Ferrari komandasının yeni mövsüm üçün hazırladığı formalar və kombinezonlar isə fevralın 18-də təqdim olunacaq.

Rauf Hacıyev

Şərh əlavə et