Demək olar ki, komandalarda bütün yerlər öz sahiblərini tapıb və diqqəti cəlb edən detalalardan biri də Qabriel Bortoletonun Sebastian Fettelin simvolik 5 nömrəsini almasıdıe. İki il əvvəl təqaüdə çıxan alman pilotun nömrəsi Bortoleto üçün yeni başlanğıcı təmsil edəcək.
Yeni mövsümdə təkcə Qabriel Bortoleto deyil, digər debütant pilotlar da diqqəti cəlb edir. Məsələn, Andrea Kimi Antonelli 1988-ci ildə Ayrton Senna ilk çempionluğunu qazanarkən istifadə etdiyi 12 rəqəmini seçib.
Cek Duhan əvvəlcə 12 nömrəni istəsə də, daha sonra Kimi Rəykkönen F1-lə vidalaşdıqdan sonra boş qalan 7 nömrəni götürüb.
Oliver Berman isə 87 nömrə ilə yarışmaq qərarına gəlib. O, əvvəllər Səudiyyə Ərəbistanı, Azərbaycan və Sao Paulo Qran Prilərində müvafiq olaraq 38 və 50 nömrələrindən istifadə etmişdi.
İştirakçı siyahısına baxdıqda RB komandasının adının dəyişdirilərək Racing Bulls olduğu görülüb. Komandanın tam adı Visa Cash App Racing Bulls Formula One Team olacaq.
Digər tərəfdən, hazırda gələcəyi məlum olmayan Serxio Peres Red Bull-un siyahısında yer almaqda davam edir, Liam Lousonun RB-dəki yeri isə boş qalır.
Şərh əlavə et