Xəbəri Kokpitdə Oxuyun!

Alpine Qrinvudu transfer edib

Kimi Rəykkönenin sabiq yarış mühəndisi Deyv Qrinvud Alpine ilə müqavilə bağlayıb.

Kokpit.az bildirir ki, müqaviləyə görə Deyv Qrinvud yeni işinə 2025-ci ilin yanvar ayında başlayacaq. O, Enstoun mərkəzli komandada yarış direktoru vəzifəsində işləyəcək.

Xatırladaq ki, britaniyalı mütəxəssis son illərdə Hitech Formula 2 komandasında işləyirdi. Deyv Formula 1-dəki işinə fokuslanmaq üçün dekabr ayının sonunda Hitech-dən ayrılacaq.

Alpine komandasının rəhbəri Oliver Ouks: “Deyv uzun illərdir ki, mənimlə birlikdə işləyir və bir neçə ildir ki, sağ qolumdur.

Formula 1-də böyük təcrübəsi var. Artıq Enstouna geri qayıdır. Sahib olduğu təcrübəni sadəcə yarış komandası ilə yox, mühəndislərlə də paylaşacaq. Yanımda belə bir adamın olması çox yaxşıdır”.

Qeyd edək ki, Deyv Qrinvud 2000-ci ildə Bar Honda ilə Formula 1-ə gəlib. 2005-ci ilin əvvəllərində isə Renault-ya keçib və daha sonra Virgin/Manor/Marussia-ya gedib.

Qrinvud daha sonra Ferrari komandasına transfer olunub və burada birbaşa Kimi Rəykkönenlə işləyib. O, 2018-ci ilin sonunda Ferrari-dən ayrılıb və dözümlülük yarışlarına keçib. 2022-ci ildən nəri isə Hitech-də işləyir.

Rauf Hacıyev

Şərh əlavə et