Valtteri Bottas orada yarışmaq istəyəcəyini indidən deyib. Lakin GM ən böyük amerikan istehsalçısı olduğu üçün ABŞ-dan bir pilotun orada yarışacağı ehtimal edilir. Xüsusən də Kolton Hertanın adı ön plana çıxır.
Ralf Şumaxer: “Amerikan sürücüləri dəyərləndirəcəklərinə əminəm. Amma İndyCar səviyyəsi ilə Formula 1 səviyyəsi eyni deyil. Test sürüşlərində bu dəfələrlə isbatlanıb. Lakin orada gənc istedadın yarışma ehtimalı mümkündür”
1998-2007-ci illərdə Formula 1-də yarışımış Ralf Şumaxer qardaşıoğlu Mikin General Motors üçün seçim olub-olmayacağı ilə bağlı suala belə cavab verib: “Yeni bir komanda qurarkın tanınmış bir sürücü ilə başlamalısınız. Hər şeyə sıfırdan başlamaq çox çətindir. Buna görə də inana biləcəyiniz və bu işi bacara biləcəyindən əmin olduğunuz birini seçməlisiniz. General Motors çox böyük şirkətdir. Nə etsələr də, sonda uğurlu olacaqlarına inanıram”.
Sabiq Formula 1 pilotu Ralf Şumaxer sonda bildirib ki, peletonda komandaların çoxalması gənc sürücülər üçün də böyük fürsətdir: “İndi peletonda 11 komandamız var və bu gözəl xəbərdir. Bu, hər şeydən əvvəl gənc sürücülər üçün iki yeni yer demədkir. Hazırkı 20 maşınlıq peletonda yer tapmaq asan deyil. 22 maşın olsa, fürstələr bir az da olsa, artacaq”.
Şərh əlavə et