General Motors (GM) 2026-cı il Formula 1 mövsümündə Cadillac brendi ilə iştirak edəcəyini rəsmən açıqlayıb. FIA tərəfindən sertifikatlaşdırılmış güc qurğusu istehsalçısı kimi qeydiyyatını tamamlayan GM 2028-ci ildə tam zavod komandası kimi yarışmağı hədəfləyir.
BBC və Reuters-in məlumatına görə, Amerika şirkəti bu təşəbbüs üçün 450 milyon dollarlıq anti-seyrəltmə haqqı ödəyəcək və bu, hazırda iştirak edən 10 komanda arasında bölüşdürüləcək.
Komanda TWG Global-ın baş direktoru Den Towrissin rəhbərliyi altında fəaliyyət göstərsə də, 1978-ci il Formula 1 dünya çempionu Mario Andretti də direktorlar şurasında yer alacaq.
Cadillac şirkəti aerodinamika, şassilərin inkişafı, proqram təminatı və simulyasiya kimi sahələrdə işləyəcək mühəndislərin qrupunu yaradıb.
İngiltərənin Silverstoun şəhərindəki bazasında fəaliyyət göstərən komandanın həm də Formula 1-in keçmiş texniki direktoru Pat Symondsun rəhbərlik etdiyi məsləhət qrupu var.
GM 2026 və 2027-ci il mövsümlərində mühərrik təchizatçısı ilə işləyəcək. Ferrari-nin bu işdə əsas namizəd ola biləcəyi bildirilir. Bundan əlavə Cadillac güclü mühəndis komandası ilə Formula 1-ə rəqabətədavamlı başlanğıc etməyi planlaşdırır.
Şərh əlavə et