Xəbəri Kokpitdə Oxuyun!

Banyaya GP25-dən razıdır

Ducati komandasının sürücüsü Françesko Banyaya Barselonada testin ilk günündən sonra GP25-dən razı qalıb.

Kokpit.az xatırladır ki, italyan sürücü testlərin ilk günündə GP24, GP25 və iki motosikletin hibrid versiyasını test edib. İkiqat Dünya Çempionu gün ərzində 56 dövrə vurub və lider Aleks Markesdən 0.595 saniyə geridə qalaraq üçüncü olub.

GP25 hələ inkişaf mərhələsində olsa da, Banyaya indidən bu motosikletdən razı qalıb: “Birinci gün çox şeyi test etdik və GP25-i təkmilləşdirmək üçün yaxşı təməlimiz var.

Mühəndislərimiz və komandamız bu qış çox işləyəcək, çünki burada test etdiyimiz təməli təkmilləşdirməliyik. Yenə də Mark və mən motosiklet barədə eyni şeyləri düşünürük. Bu da inkişaf üçün çox vacibdir.

İndidən GP24 və GP25 arasında böyük fərq var. Fevralda Malayziyada böyük addım atacağımızı düşünmürəm, çünki onsuz da burada addım atmışıq. Amma hər şeyi düzgün etmək üçün bəzi şeylərə əl gəzdirmək lazımdır.

Asfaltla ilişmə gə əylənmə cəhətdən GP24 daha yaxşıdır. Bu il GP24 ilə əylənmə cəhətdən çox inkişaf etdim. GP25 ilə eyni yöndə inkişaf etmək üçün çox addım atmalıyıq.

Amma GP25-in yeyilmiş təkərlərlə belə balansı yaxşıdır və mən bunu sevirəm”.

Rauf Hacıyev

Şərh əlavə et