Kokpit.az xatırladır ki, birinci sərbəst yürüşlərdə Takaaqi Nakaqami yeni təkərlərlə hamıdan sürətli olub. Xorxe Martin sessiyanı 5-ci, Françesko Banyaya isə 7-ci yerdə bağlayıb.
Nahardan sonra isə əsas sərbəst yürüşlər üçün sürücülər trasa çıxıblar. Burada Xorxe Martin sessiyaya hamıdan sürətli başlayıb və liderliyi ələ alıb. O, 100 saniyənin altına düşən ilk sürücü olub.
Ancaq sonrakı dəqiqələrdə Françesko Banyaya ardıcıl sürətli dövrələrlə zirvəni ələ alıb və sessiyanın sonuna qədər bu üstünlüyünü qoruyub. Marko Bezzekki ikinci, Aleş Esparqaro üçüncü olub. Çempionatın lideri Xorxe Martin birinci sərbəst yürüşlərdə olduğu kimi beşinci yeri tutub. Xoan Mir isə öz ölkəsində də ənənəsinə sadiq qalıb və 10-cu döngədə qəza edib. O, gəzə-gəzə trasdan ayrılıb. Sessiyanın son anlarında isə Bred Binder güclü dövrə vurmağa çalışsa da, sonda 11-ci ola bilib.
Şərh əlavə et