Yarışa Françesko Banyaya Pouldan başlayacaq. Onun çempionatdakı əsas rəqibi Xorxe Martin isə ikinci yerdən start alacaq. Aleks Markes ilk cərgəni tutan son sürücüdür. Franko Morbidelli və Mark Markes isə beşliyi bağlayan sürücülərdir.
Startda Xorxe Martin daha yaxşı tərəpənərək liderliyi ələ alıb. Mark Markes isə 5-ci yerdən 3-cü yerə yüksəlib.
Yarışın üçüncü dövrəsində liderlik üçün Xorxe Martinə təzyiq quran Françesko Banyaya yıxılıb və mübarizəni dayandırıb. Bu isə o deməkdir ki, italyan sürücü çempionluq yolunda önəmli xallar itirib.
Yarışın sonuna qədər hər şey demək olar sabit qalıb və Xorxe Martin Malaziyada sprint yarışını qazanaraq ən yaxın izləyicisi Françesko Banyaya ilə xal fərqini 29-a qaldırıb.
İkinci yeri Gresini komandasından Mark Markes, üçüncü yeri Ducati-nini sürücüsü Enea Bastyanini tutub.
Aleks Markes 4-cü, 2021-ci ilin Dünya Çempionu Fabio Kuartararo isə beşinci yerdə finiş xəttini keçib.
Onluğu isə Franko Morbidelli, Bred Binder, Cek Miller, Pedro Akosta və Marko Bezzekki bağlayıblar.
Qeyd edək ki, Trackhouse Aprilia komandasında Migel Oliveyranı Lorenso Savadori əvəz edib. VR46 komandasında isə Antonio di Canantonionu Andrea İanone əvəzləyib.
Şərh əlavə et