F.Vassyör: Həmilton bizə tətilə gəlmir

F.Vassyör: Həmilton bizə tətilə gəlmir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Lyuis Həmilton onların heyətinə tətil etmək üçün qatılmayıb. 

Kokpit.az xatırladır ki, Lyuis Həmilton gələn il Ferrari komandasında Karlos Saynsı əvəz edəcək. Lakin onun 40 yaşında Mercedes-dən ayrılıb, “qırmızılar”ın heyətinə qatılması bəzi söz-söhbətlərə səbəb olub. Əksəriyyət düşünür ki, yeddiqat Dünya Çempionu Ferrari komandasına komfort zona üçün gəlib. 

Lakin GP2 və F3 Euro Seriyasında Həmiltonla işləmiş Frederik Vassyör bildirib ki, britaniyalı pilot həmişə Ferrari-də yarışmağı xəyal edib və o əlavə edib ki, Lyuisin Mercedes-dən ayrılıb Ferrari-yə keçməsi komandanın doğru yolda olduğunu göstərir.

Frederik Vassyör: “Lyuisi razı salmaq o qədər də çətin olmadı. 2004-cü ildən bir yerdə işləmişik. O vaxt McLaren Mercedes komandasında olsa da, vaxtı gələndə Ferrari-də yarışmaq istəyirdi.
Bir müddət əvvəl bu barədə danışdıq. Bu istəyi həmişə ağlında idi. Ancaq o komandanın performansı barədə təminat istəyən sürücüdür. Buna görə də həmişə zirvədədir. Əgər o, Ferrari-ni seçibsə, deməli bizim maşınımız yaxşı olacaq.
Lyuis kimi sürücü tətil üçün bizim komandaya gəlməz və düşünürəm ki, performans cəhətdən düzgün yoldayıq. İrəliyə doğru addım atmalıyıq və onu da deyim ki, növbəti layihəmiz üçün çoxlu resurs ayırmışıq”.

Bunları da oxuyun

Şərh əlavə et