Audi 2030-da liderlər arasında olacağına inanır

Audi 2030-da liderlər arasında olacağına inanır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Audi 2026-cı ildə motor təchizatçısı kimi F1-ə giriş edəcək, Sauber isə onun komandasına çevriləcək. Lakin onlar dərhal liderliyə oynayacaqlarını gözləmirlər.

Sauber Motorsport AG-nin baş əməliyyat və texniki direktoru Mattia Binotto bildirib ki, komanda 2030-cu ildən tez olmayaraq, lider qrupda mübarizə apara biləcək.

Mattia Binotto: “Biz səyahətin başlanğıcındayıq. Everest qarşımızdadır, biz isə onun təməlindəyik. Şirkət bu dağa dırmaşmaq qərarına gəldi, lakin zirvəyə doğru yolu düzgün seçmək vacibdir. Rəqiblərimizlə müqayisə etsək, indi işçi qüvvəmiz təxminən 400 nəfər azdır. Komanda eyni səviyyədə rəqiblərlə rəqabət apara bilmək üçün heyətini genişləndirməlidir. Ancaq iki gündə bu qədər işçi tapa bilməzsiniz, xüsusən də Formula 1-də. Ona görə də biz gənclərə sərmayə qoymağa qərar verdik.

Digər komandaların zirvəyə çatması illər çəkdi. Jan Todt 1993-cü ildə Maranelloya gəldi və Ferrari 1999-cu ildə onunla ilk Konstruktorlar Çempionatını qazandı. Mercedes-in də eyni qrafiki var idi. Uğur qazanmaq üçün beş-yeddi il lazımdır. 2030-cu ildə liderlər arasında olmağı gözləyirik”.

Mattia Binotto Sauberin 2025-ci il üçün heyəti ilə bağlı suala cavabında bildirib ki, komanda hələ də Mik Şumaxeri nəzərdən keçirir: “Digər komandalar artıq öz seçimini etdiyinə görə buna rahat vaxt ayıra bilərik. Bizim iki əsas seçimimiz var: bir tərəfdən bizi inkişaf yolunda aparacaq təcrübəli sürücü, digər tərəfdən zirvəyə gedən yolda bizi müşayiət edə biləcək gənc və istedadlı sürücü.

Biz mütləq şəkildə Miki nəzərdən keçiririk. Onunla görüşüb danışdım. Onu Ferrari Sürücülük Akademiyasının üzvü olandan tanıyıram, gücünü və üstünlüklərini bilirəm. O, nəzərdən keçirdiyimiz namizədlərdən biridir”.

Bunları da oxuyun

Şərh əlavə et