Şumaxer Audi ilə qayıdacaq?

Şumaxer Audi ilə qayıdacaq?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

24 il Ferrari-də işlədikdən sonra Audi-nin Formula 1 layihəsinə rəhbər olan Mattia Binotto komandanı sıfırdan qurduğu üçün həyəcanlıdır. 

Kokpit.az xatırladır ki, italyan mütəxəssis 2019-2022-ci illərdə Ferrari komandasında rəhbər olmuş və 2023-cü ildə istefaya göndərilmişdi. O, təxminən ikimövsümlük fasilədən sonra Audi Formula 1 layihəsinin rəhbəri olaraq Formula 1-ə qayıdıb. 

Mattia Binotto bildirib ki, Audi hazırda çətin bir dövrlə üz-üzədir: “Önümüzdə Everest var və hazırda sadəcə ən aşağı hissəni görə bilirik. Yolumuzu müəyyən etmək çox vacibdir”.

İtalyan rəhbər bildirib ki, Audi-nin hədəflərinə çatması üçün vacib strategiyalar seçiblər və gənc istedadlara sərmayə qoyacaqlar. Hülkenberq komandanın təcrübəli sürücüsü olsa da, ikinci pilot üçün tələsməyəcəklərini deyib.

Mattia Binotto: “Gənc və istedadlı bir sürücüyə ehtiyacımız var. Mik Şumaxer hazırda namizədlərdən biridir.

Ferrari komandasında 24 il keçirdim və hər anı dəyərli idi. Ancaq Audi-də sıfırdan başlamaq fürsəti mənim üçün daha cəzbedici oldu. Ferrari-nin qazandığını görmək məni xoşbəxt edər, çünki o layihə üçün çox iş görüldüyünü bilirəm”.

Mattia Binotto builki çempionluq yarışını da dəyərləndirib: “Ferstappen Sürücülər Çempionluğunu qazanacaq. McLaren isə Mühəndislər Kubokunda qalib olacaq”.

Sonda italyan mühəndis Audi komandasının 5-7 ilə ehtiyacı olduğunu deyib: “2030-cu ildə rəqabətədavamlı olmağı gözləyirik”.

Qeyd edək ki, Audi komandası  Formula 1-də 2026-cı ildə debüt edəcək.

 

 

Bunları da oxuyun

Şərh əlavə et