Melburnda Formula 3 mövsümünün ilk kvalifikasiyasında ən yaxşı nəticəni Teofil Nael göstərib. Onun komanda yoldaşı Uqo Uqoçukvu isə bazar günü keçiriləcək əsas yarışda birinci cərgədən start alacaq.
Həftənin ən çox oxunanları
Avstraliya GP – Lekler mövsümə sürətli giriş edib
Avstraliyadakı birinci sərbəst yürüşlərdə hava az buludlu olub. Yağış yağmayıb. Havanın temperaturu +20…21°C, trasın temperaturu isə +34…36°C olub.
Ə.Nyui şassinin gücünə güvənir
Ədrian Nyui hesab edir ki, Aston Martin-in şassisi kifayət qədər effektivdir və əgər Honda mühərriyi ilə bağlı problemlər olmasaydı, AMR26 kvalifikasiyada ilk beş cərgə uğrunda mübarizə aparmağa imkan verərdi.
Start testlərdəki kimi olacaq
Avstraliya Qran Prisində də start proseduru qəzaların və insidentlərin qarşısını almaq üçün Bəhreyndə keçirilən testlərdə məşq edilərkən olduğu kimi əlavə gecikmə ilə veriləcək.


