Xəbəri Kokpitdə Oxuyun!

Lenovo F1 ilə tərəfdaşlığını böyüdür

Lenovo gələn ildən etibarən Formula 1-in qlobal texnologiya tərəfdaşı olacaq.

Dünyanın qabaqcıl texnologiya şirkətlərindən biri olan Lenovo, avtomobil idmanının zirvəsi olan Formula 1 ilə mövcud əməkdaşlığını böyüdəcəyini və 2025-ci il yarış mövsümündən etibarən onu növbəti səviyyəyə daşıyacağını açıqlayıb.

Lenovo Smart Devices Group-unun (IDG) prezidenti Luca Rossi elan edib ki, Lenovo F1-in qlobal tərəfdaşı və qlobal texnologiya partnyoru, Lenovo-nun kommunikasiya texnologiyaları markası Motorola isə F1-in qlobal smartfon partnyoru olacaq.
Texnologiya innovasiyalarında qlobal lider olan Lenovo, F1-in rəsmi tərəfdaşı kimi üç il əvvəl başladığı əməkdaşlığı yeni mövsümdən etibarən qlobal texnologiya tərəfdaşlığına çevirir.

Yeni müqavilə çərçivəsində Lenovo, F1-in treklərdə görünməsini artırmaqla öz markalarının premium qavrayışını daha da gücləndirməyi hədəfləyir.

Lenovo və Motorola loqotipləri yarış traslarından tutmuş bütün F1 materiallarında qədər geniş çeşiddə  görünəcək. Bundan əlavə  F1 Fan Zonasında keçiriləcək istehlakçı tədbirləri və F1-in baş qərargahında keçiriləcək müxtəlif tədbirlərlə azarkeş təcrübəsi də zənginləşəcək.

Üç il əvvəl başlayan əməkdaşlıq zamanı Lenovo brendinin populyarlığı xüsusən də avtoidman həvəskarları arasında çox artıb. Nielsenin təhlilləerinə əsasən 2022-2023-cü illər arasında Lenovo-nun F1 azarkeşləri arasındakı qəbulu 56 faiz çoxalıb.

F1-in qlobal texnologiya partnyoru olaraq Lenovo tərəfindən təklif olunan həllər, F1-in baş ofisindəki əməliyyatlardan tutmuş rəqəmsal transformasiya layihələrinə qədər geniş sahələrdə istifadə olunacaq.

Süni intellektlə dəstəklənən cihazlar və qabaqcıl texnologiya həlləri sürət və performansın kritik olduğu avtoidmanın ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Lenovo F1-in davamlılıq strategiyasını dəstəkləyərkən həm rəqəmsal transformasiyaya, həm də fanat təcrübələrinin təkmilləşdirilməsinə töhfə verməyə davam edəcək.

Bundan əlavə Lenovo-nun marketinq və kommunikasiya fəaliyyətləri F1 ilə ahəngdar şəkildə inkişaf edəcək və geniş auditoriyaya çatacaq.

Lenovo Ağıllı Cihazlar Qrupunun (IDG) prezidenti Luka Rossi bu güclü əməkdaşlıq haqqında belə danışıb: “Biz F1 ilə tərəfdaşlığımızı növbəti səviyyəyə çıxarmaqdan məmnunuq və həyəcanlıyıq.

Formula 1-in 2025-ci il mövsümü üçün qlobal tərəfdaşı və qlobal texnoloji partnyoru olaraq biz avtoidman həvəskarları arasında həm Lenovo, həm də Motorola-nın premium qavrayışını daha da yüksəldəcəyik. Bu əməkdaşlıq bizim innovasiya və performansa olan müştərək öhdəliyimizi bir daha sübut edir.”

Rauf Hacıyev

Şərh əlavə et