Xəbəri Kokpitdə Oxuyun!

Red Bull 136 min dollarlıq simulyator təqdim edib

Red Bull Racing komandası hardcore sim racing yarışçıları üçün 136 min dollarlıq RB19 simulyatorunu təqdim edib.

Kokpit.az bildirir ki, avstriyalılar RB19 simulyatorundan başqa RB18 və RB19 şou maşınları da ictimaiyyətə təqdim edilib. Bununla da ilk dəfə Red Bull Racing-in şou maşını ictimaiyyətə açıq formada satışa çıxarılıb.

Red Bull-un tərəfdaşlarından biri olan Memento Exclusives böyük Formula 1 təcrübəsini simulyator vasitəsilə reallığa yaxın formada insanlara təqdim etməyi hədəfləyir.

Memento Exclusives və F1 Authentics-in qurucusu və rəhbəri Berri Qof bu barədə belə danışıb: “Dünyada məşhur olan Oracle Red Bull Racing Simulyatorlarını və şou maşınlarını təqdim etdiyimiz üçün çox sevincliyik. RB19 Formula 1 tarixinin ən uğurlu maşınlarından biri idi və o, həm Sürücülər, həm də Mühəndislər Çempionatının qalibi oldu və çoxlu rekord qırdı. Bu bolidi Formula 1 azarkeşlərinə ən real formada təqdim etmək şirkətimizi üçün böyük tarixi andır”.

Rauf Hacıyev

Şərh əlavə et