Xəbəri Kokpitdə Oxuyun!

AirPods 4 təqdim edilib

Apple-in Glowtime tədbirində bir neçə məhsul təqdim olunub. Onlardan biri də 4-cü nəsil AirPods-dur.

AirPods 4-ün performansı və texniki xüsusiyyətləri 

Apple-in yeni AirPods modeli daha oval dizaynla qarşımıza çıxır. Bu modeldə H2 proçessor istifadə olunub və bu, sektordakı ən yaxşı performansı təqdim edir. Yeni qulaqlıq təkmilləşmiş proçessoru ilə daha çox bas və daha dəqiq səs verir. Xüsusiləşditilmiş ekoloji səs xüsusiyyəti var və cihaz öyrənmə xüsusiyyəti ilə istifadəçilər baş hərəkəti ilə Siri-yə cavab verə bilirlər. Bundan başqa bu qulaqlıqlar arxa plan səslərini çox yaxşı formada yığışdırır. Bunun hesabına danışdığınız zaman ətrafdakı səs-küyü susduraraq daha yaxşı əlaqə qurmağınızı təmin edir.

Airpods 4-ün batareya pmrü 30 saata qədər davam edir və üstünüzdə də daşıya biləcəyiniz USB-C doldurulma qutusu ilə satışa çıxacaq. Bu modeldə qulaqlıqların saplarına toxunaraq müxtəlif funksiyaları yerinə yetirə bilrisiniz. Bundan başqa AirPods 4 Apple-in ilk USB-C doldurulma qutusuna sahib olacaq. Eyni zamanda Apple Watch cihazı ilə də doldurula bilir.

Suya qarşı dözümlülük

AirPods 4 idman edənlər üçün sevindirici yenilik gətirib. Qulaqlıqlar İPX4 suya və tərə qarşı dözümlülük sertifikatı ilə gəlirlər. Bunun hesabına yağışda və gərgin məşqlərdə bu qulaqlıqları istifadə edə biləcəksiniz.

Airpods-da aktiv səs-küy əngəlləmə xüsusiyyətinə sahibdir

Aktiv səs-küy əngəlləmə xüsusiyyəti yeni AirPods modeli ilə təqdim olunub. Bu model şəffaflıq rejimi və tənzimlənən səs xüsusiyyətlərinə sahib olacaq. Səs-küy əngəlləyici açıq olsa da, insanlar bir ilə danışanda buna adaptasiya ola biləcək.

AirPods 4 qiyməti

AirPods 4-ün qiyməti 129 dollardan başlayır. Aktiv səs-küy əngəlləmə xüsusiyyətinə sahib modelin qiyməti isə 179 dollar olacaq.

 

Rauf Hacıyev

Şərh əlavə et