Apple Watch Series 10

Glowtime tədbirində ilk olaraq Apple Watch 10 Series təqdim olunub. Bu saatlar əvvəlkilərə nisbətən gözəl görünür. 10-cu nəsil saatlar 9-cu nəsil saatlara nisbətən 10 faiz daha nazikdir və səs gücləndiricilər 30 faiz daha çox səs verir.
Ümumilikdə isə 10-cu nəsil Apple Watch üçün bunu deyə bilərik: Bu günə qədər istehsal olunan ən böyük və ən nazik Apple ağıllı saatı. Künclərin yuvarlaqlığı ilk görünüşdə diqqəti cəlb edir. Bu modeldə titanium və yenidən istifadə üçün geridönüşdürülmüş materiallardan istifadə olunur.
Apple Watch Series 10-da ekran daha parlaq olacaq, amma burada istifadə olunan bucaqlı Led texnologiyası, həm fərqli rakurslardan ekranı görməyi mümkün edəcək, həm də batareyaya qənnaət edəcək. Batareya isə yarım saata 80 faiz dolur. 30 faiz daha yaxşı səs çıxaran səsgücləndirmə sistemi və daha gözəl dizaynı ilə ən nazik Apple Watch statusunu əldə edir. Metal arxa hissə isə cihazın enerji saxlama performansını artırır.
Saat qara, aliminium və titanium rənglərdə satılacaq və S10 proçessoru ilə istehsal olunub. Bu saatlara Apple Watch Ultra-dakı bəzi xüsusiyyətlər gətirilib.
Batareya ömrünə gəldikdə isə saar bir doldurma ilə 18 saat işləyə bilir.
Qiymətə gəldikdə isə GPS ilə qiymət 399 dollar, GPS və Cellular ilə qiymət isə 499 dollar olacaq. Sifariş isə bu gündən başlayır.
Apple Watch Ultra 2
Yeni saatda qırmızı düymə var. Bu saat xüsusi kosmosda istifadə olunan titandan hazırlanıb.
Bu saatla velosipedə minə bilərsiniz, qaça bilərsiniz, dağa çıxa, dənizə girə bilərsiniz. Bu saat hazırda ən yaxşı idman saatı sayılır.
Apple Watch Ultra isə 799 dollara satışa çıxarılacaq.
Airpods 4

Airpods 4 H2 proçessoru ilə satışa çıxarılacaq.
Yeni Airpods səsləri daha gözəl formada verəcək. Bu qulaqlıqlarla siz yolda getdiyiniz biri sizə zəng etsə, qulaqlıq sizə kimin zəng etdiyi ilə bağlı məlumat verir.
Bundan başqa artıq sadə modellər də Pro modellər kimi ətrafdakı səsləri yığışdırır.
Airpods 4-ün sadəsi 129 dollar, səs-küy əngəlləyən versiyası isə 179 dollara satılacaq.
İphone 16

Sadə İphone 16-da diqqəti ilk cəlb edən şey kamerasının dizaynı və rəngləridir. Sadə 16-larda kamera dizaynı artıq şəquli vəziyyətdədir.
Rənglərə gəldikdə isə ağ, qara, mavi, çəhrayı və yaşıl rənglərdə istehsal olunacaq. Yeni İphone 16-da hərəkət düyməsinə də yer verilib.
Bundan başqa İphone 16-ya şəkil çəkmək üçün çəkiliş düyməsi də qoyulub. Bu düymə ilə görüntünü həm yaxınlaşdıra, həm uzaqlaşdıra, həm də şəkil çəkə bilərsiniz.
Proçessora gəldikdə isə İphone 16 A18 proçessoru ilə satışa çıxarılacaq. Bu isə o deməkdir ki, İphone-nun sadə modelləri də aktual proçessordan istifadə edəcək. Bu proçessorda süni intellekt daha güclüdür. Bundan başqa 36 faiz daha sürətlidir.
İphone 16 eynilə 15 kimi 6.1 düyməlik 60 Hz Oled ekranla, İphone 16 Plus isə 6.7 düyməlik, 60 Hz tezlikli Oled ekranla gələcək.
İphone 16 3561 Mah, 16 Plus isə 4006 Mah batareya tutumuna sahib olacaq.
Qeyd edək ki, İphone 14 və İphone 15 bir il əvvəl Pro versiyalarda istifadə edilən proçesserlarla satışa çıxarılmışdı. Lakin amerikan şirkəti bu il fərqli yola əl atıb və sadə modellər də aktual proçessorla təchiz edilib.
İphone 16 799 dollardan, İphone 16 Plus isə 899 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.
İphone 16 Pro və Pro Max

İphone 16 Pro modelləri gözlənildiyi kimi qızılı rəngdə təqdim olunublar. Ekranın ölçüsü də böyüyüb. İphone 16 Pro 6.3 düymə, Pro Max isə 6.9 düymə ekranla satışa çıxarılacaq. Telefonlarda 120 Hz tezlikli Super Retina XDR ekranlardan istifadə olunacaq.
Telefonda 5-ci səviyyə titandan istifadə olunub. Cihaz 4 rəng – qara titanium, ağ tiranium, natural titanium və səhra titanium – seçimi ilə gəlir.
bu proçessor birbaşa süni intellektə köklənəcək.
Apple bu dəfə fərqli addım atıb. Onlar Pro və Pro Max modelləində yeni proçessordan – A18 Pro-dan istifadə edəcək. Bu proçessor birbaşa süni intellektə köklənəcək.
Batareyaya gəldikdə isə 16 Pro-da 3355 Mah, Pro Max-da isə 4676 Mah tutumlu batareyalar olacaq.
İphone 16 Pro 8 GB ram və 256 GB yaddaş qiyməti 999 dollar olacaq. İphone 16 Pro Max-ın 8 GB ram, 256 GB yaddaş seçimi isə 1199 dollara satılacaq.




Şərh əlavə et