Xəbəri Kokpitdə Oxuyun!

Sony PS5 Pro-nun dizaynını paylaşıb?

Yaponiyanın texnologiya nəhəngi Sony çoxdan gözlənilən PS5 Pro konsolunun dizaynını “istəməyərək” göstərmiş ola bilər.

Görəsən şirkət bu addımı bilərəkdən atıb, yoxsa sadəcə olaraq, oyunsevərləri həyəcanlandırmağa çalışır?

Kokpit.az bildirir ki, son aylarda PS5 Pro haqqında çoxlu şayiələr və sızmalar ortaya çıxıb. Sosial şəbəkələrdə xüsusilə konsolun dizaynı və texniki xüsusiyyətləri ilə bağlı söz-söhbətlər yayılmağa başlayıb.

Sony PlayStation-ın 30-cu ildönümü üçün xüsusi tədbir təşkil edir və bu tədbirin rəsmi saytında diqqətli gözləri cəlb edən bir detal var: Arxa planda PS5 Pro-nun dizaynı gizli şəkildə nümayiş etdirilmiş ola bilər. Keçən ay sızan dizayna çox bənzəyən bu görüntüdə PS5 Slim ilə oxşar xətlər olsa da, PS5 Pro-da disk sürücüsü yoxdur və daha çox xətt detalları var.

Dizayn 30 illik yubiley loqosunun fonunda olarkən bir istifadəçi bu detalı görüb və sosial şəbəkədə paylaşıb. Sony-nin bu ayın sonunda konsolu rəsmi olaraq təqdim edəcəyi ilə bağlı şayiələr sürətlə yayılır. Əslində, saytdakı bu şəkil demək olar ki, PS5 Pro-nun mövcudluğunu təsdiqləyir.

Sony 30 illik yubiley tədbirləri çərçivəsində bir çox tədbir təşkil edəcək. Gran Turismo 7 üçün pulsuz sınaq yürüşü, məşhur PlayStation oyunlarının rəqəmsal musiqi albomları, Shapes of Play kolleksiyası və 21-22 sentyabr tarixlərində pulsuz onlayn multiplayer həftəsonu kimi tədbirlər PlayStation pərəstişkarlarını gözləyəcək.

PS5 Pro-nun rəsmi elanının bu ayın sonunda ediləcəyi ilə bağlı gözləntilər olduqca böyükdür. Sony-nin bu yeni nəsil konsolu ilə necə çıxış edəcəyi də böyük maraq doğurur…

Elçin Zodorov

Şərh əlavə et