Aston Martin Alonsoya hədiyyə verib

Rauf Hacıyev 05 Sentyabr 2024, 12:59
Aston Martin Alonsoya hədiyyə verib
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Aston Martin komandası  Fernando Alonsoya Valkyrie hədiyyə edib. 

Kokpit.az xatırladır ki, Valkyrie Aston MArtin-in ən vacib layihələrindən biridir və hazırda ən yaxşı hiper avtomobillərdən biri sayılır. Britaniyalılar bu avtomobillərdən birini komandanın ikiqat Dünya Çempionu pilotu Fernando Alonsoya hədiyyə edib. İspaniyalı pilot maşının açarlarını götürən kimi maşını Monakonun küçələrində sürüb. 

Avtomobil Aston Martin-in Formula 1 bolidi kimi yaşıl rəngə boyanıb. Onsuz da brendin rəngi də yaşıldır və “Saten Aston Martin Lime” rəng çalarlarını maşında görmək mümkündür.

Aston Martin komandası bildirib ki, ən diqqət cəlb edən şey maşının içindədir. Belə ki, qaz pedalının üzərndə Alonsonun Formula 1-dəki nömrəsi olan 14 yazılıb.

Fernando Alonso maşını sürdükdən sonra bu fikirləri səsləndirib: “Bu günü səbirsizliklə gözləyirdim və hisslərimiz sözlərlə ifadə edə bilmirəm. Bu günü uzun illər xatırlayacağam. Valkyrie Formula 1-ə bolidi bənzəyən yol avtomobilidir. Aston Martin trasda öyrəndiyi məlumat və texnologiyanı bu maşında tətbiq edib. Bu maşınla yola çıxmağı səbirsizliklə gözləyirəm”.

Aston Martin-in məlumatına görə maşın 0-100 kilometr/saat sürətlənməsini 2.5 saniyədə edir və 1155 at gücünə sahibdir. Bu maşından sadəcə 15ə ədəd istehsal edilib və qiyməti 3.5 milyon avrodur.

Bunları da oxuyun

Şərh əlavə et