Xəbəri Kokpitdə Oxuyun!

Samsung S25 30 faiz baha satılacaq?

Samsung Galaxy S25 seriyası əvvəlki modellərə nisbətən 30 faiz baha ola bilər. Səbəbi isə cihazlardakı yeni proçessordur. 

Kokpit.az bildirir ki, Samsung hər seqment üçün telefon istehsal edir. Koreyalılar 2025-ci ilin ilk rübündə flaqman modellərini yeniləyəcəklər. Bu cihazlar Galaxy S25 ailəsi kimi qarşımıza çıxacaq. Seriyanın təqdimatına hələ bir neçə ay qalsa da, artıq onlar barədə xəbərlər mətbuata sızdırılır. İndi isə S25 ailəsi barədə başqa xəbər çıxıb, amma bu xəbər Samsung həvəskarlarının kefini bir az pozacaq, çünki bu telefonların keçənilki S24-ə nisbətən daha bahalı olacağı iddia edilir.

Əslində S25-lərin baha olacağı ilə bağlı söz-söhbətlər bir neçə aydır ki, var idi. Bu xəbərlər də həmin söz-söhbətləri dəstəkləyir. Bunun da əsas səbəbi Samsung-un isttifadə edəcəyi proçessordur.

Əvvəlki illərdə Samsung telefonlarında həm Exynos, həm də Snapdragon proçessorlarından istifadə edirdi. Amma bəzi məlumatlara görə yeni seriyada olmasa ehtimal olunan Exynos 2500 vaxtında təqdim edilməyə bilər. Buna görə də korayalı şirkət S25-lərdə sadəcə Snapdragon 8 Gen 4 proçessorlarından istifadə edə bilər. Bu proçessorların da əvvəlkilərdən 30 faiz baha olacağı ehtimal olunur. Bu bahalıq satışa və müştərilərə də təsir edəcək. Yəni ki, S25 seriyasının əvvəlki nəsildən 30 faiz daha baha satılacağı ehtimal olunur. Standart Galaxy S24 799 dollara satışa çıxarılmışdı. Əgər bu iddialar doğrudursa, S25-in qiyməti 1038 dollardan başlayacaq.

Düzdür, Samsung-un belə addım atıb-atmayacağını  demək üçün hələ çox tezdir. Əgər qiymətlər belə qalxsa, İphone ilə rəqabət aparmaq da çətinləşəcək. Buna görə də indidən qəti danışmaq olmaz.

 

Rauf Hacıyev

Şərh əlavə et