Xəbəri Kokpitdə Oxuyun!

AnTuTu ən güclü Android telefonlarının siyahısını çıxarıb

AnTuTu ən güclü Android telefonalrının siyahısını yeniləyib. Siyahıya çinli istehsalçılar başçılıq ediblər. 

Kokpit.az bildirir ki, söhbət ağıllı telefonlardan gedəndə ağla çoxlu firmalar gəlir. Hər firmanın böyük xüsusiyyətlərə sahib olan flaqman modelləri var. Buna görə də onların arasından ən yaxşısını seçmək heç də asan məsələ deyil. Belə olan hallarda AnTuTu-nun müqayisəli testləri və xal siyahısı müştərilərin köməyinə gəlir.

AnTuTu 2024-cü ilin avqust ayının ən yaxşı ağıllı telefon modellərinin siyahısını çıxarıb. Burada diqqəti ən çox cəlb edən məsələ isə Android ağıllı telefonlarının siması sayılan Samsung-un onluğa düşməməsidir. Siyahının zirvəsində çinli istehsalçılar oturub.

 

Red Magic 9 Pro 2043275
iQOO 12 2036712
Redmi K70 Ultra 2019651
vivo X100 1992147
iQOO Neo9S Pro 1965644
Mi 14 Ultra 1930733
Mi 14 1928986
Redmi K70 Pro 1914903
nubia Z60 Ultra 1883900
OnePlus 12 1860275

AnTuTu-nun hesablamalarında ağıllı telefonlar proçessorlar gücü, qrafik performansı, yaddaş vəziyyəti, depolama performansı kimi fərqli sahələrdə test edilirlər. Daha sonra telefonlara performanslarına görə cəm xal verilir.

Bəs siz bu siyahı barədə nə düşünürsünüz? Sizcə, AnTuTu-nun bu xal hesablanması doğrudur?

Rauf Hacıyev

Şərh əlavə et