Xəbəri Kokpitdə Oxuyun!

İphone-da bir era başa çatır

Apple-in gələn ilin əvvəlində təqdim etməsi gözlənilən SE 4 modeli OLED ekranla istehsal olunacaq. 

Kokpit.az bildirir ki, Apple şirkəti dördüncü nəsil İphone SE 4 modeli üçün son hazırlıqları edir. Yeni modellə birlikdə İphone tarixində ilk dəfə bütün modellərində OLED ekranlardan istifadə etmiş olacaq. Belə olan halda isə Apple uzun illərdir işlədiyi JDİ və Sharp ilə də tərəfdaşlığını sonlandıracaq.

Xatırladaq ki, Apple şirkəti 2017-ci ildə İphone X ilə birlikdə OLED ekranlara keçid etmişdi. Şirkət o vaxtlar flaqman modellərdə mərhələli formada LCD ekrandan OLED ekranlara keçirdi. 2020-ci ildən etibarən isə SE moderllərindən başqa bütün modellər artıq OLED ekranlarla istehsal olunurdu. Lakin amerikanlar artıq SE 4-də də OLED ekrandan istifadə edəcək.

Apple gələn ilin ilk rübündə təqdim etməyə hazırlaşdığı İphone SE 4 modeli üçün Çinin BOE Technology Group və Cənubi Koreyanın LG Dispay şirkətlərindən OLED ekran sifarişləri verməyə başlayıb. Bu isə o deməkdir ki, şirkət keçmişdə tərəfdaşlıq etdiyi yaponiyalı istehsalçılarla – JDİ və Sharp ilə tərəfdaşlıqlarını sonlandıracaqlar.

Dördündü nəsil İphone SE-nin İphone 14 ilə bənzər dizaynda istehsal edilməsi gözlənilir. Bundan başqa Touch İD Face İD ilə əvəz olunacaq. Bu telefon USB-C portuna, hərəkət düyməsinə və Apple-in özünün istehsal etdiyi 5G modemə sahib olacaq. Cihaz Apple-in A18 proçessoru ilə təzhiz ediləcək. Onun ekranı 4.7 düymədən 6.6 düyməyə yüksəldirləcək. Bu modeldə 8GB RAm olması gözlənilir.

Dördüncü nəsil İpone SE 4-ün gələn ilin əvvəlində satışa çıxarılması gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et