Xəbəri Kokpitdə Oxuyun!

WEC: Şvartsmanın ekipajı ABŞ-də qalib gəlib

Avropada gecə olmasına baxmayaraq, Ferrari azarkeşlərini sevindirən hadisələr okeanın o tayında da davam edib.

Kokpit.az bildirir ki, Texasdakı avtodromda (COTA) keçirilən 6 saatlıq WEC yarışı Ferrari 499P hiperkarını idarə edən AF Corse heyətinin qələbəsi ilə başa çatıb. Rus avtoidman həvəskarları xüsusilə razı olmalıdırlar, çünki Robert Şvartsman Robert Kubitsa və Yifei Ye ilə birlikdə bu trionun bir hissəsidir.

Beləliklə, Dözümlülük üzrə Dünya Çempionatının artıq baş tutan altı mərhələsində altı müxtəlif qalib müəyyənləşib – son qalib məhz 83 saylı ekipajın pilotları olub. Ostində keçirilən yarışın yeddinci saatının başlanğıcında sarı rəngli Ferrari hiperkarı bu yaxınlarda sarı bayraq qaydalarının pozulmasına görə cəzalandırılan 7 nömrəli Toyota-nı 1,780 saniyə qabaqlayaraq xətti birinci keçib.

Stüardların qərarı Mayk Konvey, Kamui Kobayaşi və Nik de Vrisin heyəti öndəykən məlum olub, cəriməni çəkdikdən sonra onlar ikinci yerə eniblər. Bundan sonra Robert Şvartsman qələbə üçün yarışa çıxıb. İkinci yeri yaponlar tutublar, üçüncülük də Ferrari idarə edən 50 nömrəli ekipajın olub.

Elçin Zodorov

Şərh əlavə et