Kokpit.az bildirir ki, Samsung büdcəli ağıllı telefon seriyasını genişləndirməyə davam edir. Vietnamda satışa çıxarılan Samsung Galaxy A06 sadə dizaynə və ucuz qiymətinə görə ön plana çıxır. Yeni A06-da kamera və ekran əvvəlki model A05-dən daha yaxşıdır. Bəs Samsung Galaxy A06 nə vəd edir?
Samsung Galaxy A06 nə vəd edir?
Samsung Galaxy A06 6.7 düyməlik 90 Hz yenilənmə sürətinə sahib HD+ ekranla satışa çıxarılıb. Ekranda isə damla formasında oyuq qoyulub. Səs və barmaq izi üçün isə yan tərəfdə düymələr var. RAM 6 GB, yaddaş isə 128 GB-dır. Telefon MediaTek Helio G85 proçessoru ilə təchiz olunub.

Arxa tərəfdə isə heç bir çərçivəyə salınmamış iki ədəd kamera yerləşdirilib. Əsas kamera 50 meqapiksellik sensordan istifadə edir. Bundan əlavə isə 2 meqapiksellik dərinlik sensoru var. LED flaş kameraların sağ tərəfinə yerləşdirilib.
Yaddaşa gəldikdə isə telefon iki seçim təqdim edir – 64 GB və 128 GB. Lakin microSD vasitəsilə yaddaşı 1TB-a qədər yüksəltmək mümkündür. Telefon Android 14 sistemi ilə qutudan çıxır. Samsung-un verdiyi açıqlamaya əsasən Galaxy A06 iki böyük Android yenilənməsi alacaq. Yəni ki, telefonu Android 16-ya qədər yeniləmək mümkün olacaq.
| Detal | Xüsusiyyət |
| Proçessor | MediaTek Helio G85 |
| Ram | 4GB/6GB |
| Yaddaş | 64GB/128GB |
| Yaddaş böyütmək | MicroSD kart ilə |
| Ekran | MicroSD kart ilə 6.7 düyməlik HD+ toxunuşlu ekran |
| Ekran sürəti | 90 Hz |
| Arxa kamera | 50 MP əsas kamera |
| Batareya | 5000 MAH |
| Batareya doldurma | 25W sürətli adaptor ilə |
Telefonun Vyetmandakı qiymətləri isə belədir: 4GB/64GB baza modeli 127 dollar, 6GB/128GB modeli isə 128 dollardır. Azərbaycanda qiymətlərin necə olacağı hələ məlum deyil.




Şərh əlavə et