Xəbəri Kokpitdə Oxuyun!

İphone 16 Pro-da qeyri-adi rəng seçimi

İphone 16 Pro-nun dördüncü rəng çseçimi nəhayət ki, ortaya çıxıb. Bu il ilk dəfə bürüncü rəngli İphone görəcəyik.

Kokpit.az bildirir ki, artıq avqust ayının yarıdan çoxu gedib. Bu da o deməkdir ki, artıq yeni model İphone-un çıxmasına çox az zaman qalıb. Təqdimat yaxınlaşdıqca hər gün İphone 16 seriyası ilə bağlı yeni bir məlumat ortaya çıxır. Son çıxan xəbərdə isə çəhrayı rəngdə gözlədiyimiz dördüncü İphone 16 Pro-nun real rəngi ilə tanış olduq.

Daha əvvəl çıxan xəbərlərdə İphone 16 Pro seriyalarının ağ, titanyum və qara rəngdə olacağını deyilirdi. Dördüncü rəng çalarının isə çəhrayı rəngdə olacağı gözlənilirdi. Lakin bu doğru olmayıb. Aşağıdakı şəkildə gördüyünüz kimi dördüncü İphone 16 Pro karamel-bürüncü rəngində olacaq.

Bu da İphone 16 Pro-nun rəng çalarları

Düzünü desək, bürüncü İphone 16 Pro-ya gözəl ya da çirkin deməmişdən əvvəl onun fərqli olduğunu düşünməliyik. İndiyə kimi satışa çıxarılan İphone-larda müxtəlif rəng çalarları görsək də, heç vaxt bürücü rəngli İphone görməmişdik. Cihaza baxanda adamın ürəyi həm karamelli şokolad istəyir, həm də bizə paslı dəmiri xatırldadır…

 

Rauf Hacıyev

Şərh əlavə et