Kokpit.az bildirir ki, ABŞ mərkəzli texnologiya şirkəti olan Apple sentyabr ayında İphone 16 modelini təqdim etməyə hazırlaşır. İndi isə şirkətə yaxın olan bəzi resurslar bildirib ki, Apple şirkətinin tayvanlı təchizatçısı Foxconn İphone 16 üçün istehsala başlayıb. Hətta şirkət Çindəki zavodlardan birinə yeni işçilər götürüb. Bunun əsas məqsədi isə istehsalatı sürətləndirməkdir.
Texnologiya şirkətləri yeni çıxaracaqları ağıllı telefonları təqdim etməmişdən əvvəl onun silsilə istehsalına başlayırlar. Belə olan halda Apple şirkətinin bu həmləsi heç də təəccüblü deyil. Belə görünür ki, İphone 16 seriyası üçün gecikmə olmayacaq.
Apple yeni İPhone 16-ya ümid edir
Bəzi resusrların verdiyi xəbərə görə Apple yeni İphone 16 seriyasına çox ümid edir. Hətta şirkət düşünür ki, İphone 16-nın satışları 15 seriyasına nisbətən 10 faiz daha çox olacaq. Bu da o deməkdir, satış 90 milyona qədər artacaq.
Bəzi sızıntılardan sonra İphone 16 seriyasının əksər xüsusiyyətləti üzə çıxıb. Lakin təqdimatda biz yeni telefonun xüsusiyyətlərini daha yaxşı biləcəyik. Hələ dəqiqləşməsə də, İphone 16-nın sentyabrın 10-da təqdim edilməsi gözlənilir.
Şərh əlavə et