Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri poulu qaçırdığı üçün məyusdur

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, poulu 0.022 saniyə fərqlə qaçırdığı üçün məyusdur. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü əlindən gələni etsə də, poul qazanan Lando Norrisdən 0.022 saniyə geridə qalıb. Lakin McLaren komandası sıralanma turunda ilk iki yeri tuta bilib.

Oskar Piastri: “Uzun müddətdən sonra McLaren sıralanma turunda ilk iki yeri qazandı. Buna görə çox sevinirəm. Əlbəttə, poulu 0.022 saniyə ilə qaçırdığım üçün daha yaxşı edə biləcəyim kiçik şeyləri düşünürəm. Lakin bu komanda üçün əla nəticədir.

Dünən mənim üçün bir az çətin oldu. Buna gör də bu gün səhər özümüzə gəlməyimiz gözəl oldu. Nahardan sonra sıralanma turu asan keçmədi. Çox qərar verməli olduq. Buna baxmayaraq, hər iki maşını da ilk cərgəyə otuzdurmaq əla nəticədir.

İkinci cəhdim doğrudan da yaxşı idi. Əlbəttə, daha yaxşısını edə bilərdim. Buna baxmayaraq yaxşı dövrə idi. Bu gün göstərdiyim performansdan raızyam.

Birinci döngəyə qədər uzun məsafə var. Buna görə də start çox vacib olacaq. Masada çoxlu xal var. Əlbəttə, liderliyə yüksəlmək istəyirəm, amma iki maşınla ilk cərgədəyik. Mühəndislər Kubokunu qazanmaq üçün önümüzdə vacib bir vəzifə var. Ağıllı davranacağıq. Bu həftəsonu maşınımız çox yaxşı işləyir. Yarışda dubl etmək istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et