Kokpit.az xatırladır ki, britaniyalı sürücü dəyişən hava şəraitində keçən və iki dəfə qırmızı bayraqla dayandırılan sıralanma turunda poul qazanıb.
Lando Norris: “Doğrudan da çox sevincliyəm. Sıralanma turu asan keçmədi. fərqli hava şəraiti olmasına baxmayaraq zirvəyə oturmaq əla hiss etdirir. Xüsusən də ilk iki yerdə olmaq komanda üçün əla xəbərdir. Buna görə komandadakı hər kəsi təbrik edirəm. Onsuz da özümüzə inanırıq. Buna görə də daha artığına ehtiyacımız yoxdur və bunu qazanmaq üçün də çalışmırıq.
Bu həftəsonuna bir neçə yarışdan sonra xoşbəxt və yaxşı nəticə almış formada gəlmişdik. Bilirdik ki, maşınımız poul uğrunda mübarizədə mübarizə apara biləcək. Bu gün də bunu göstərdik. Hava şəraiti nə gətirirsə, gətirsin ən yaxşı vəziyyətdəyik. İki maşınla da ilk cərgədəyik və yarışı nəzarətdə saxlaya bilərik. Əgər bu yerdə qalsaq, xoşbəxt olacağıq”.
Şərh əlavə et