Kokpit.az xatırladır ki, meksikalı sürücü Hunqarorinqdəki cümə sərbəst yürüşlərində nisbətən sürətli görünüb və Maks Ferstappenə yaxın olub. 34 yaşlı pilot ilk günü beşlikdə bağlayıb.
Serxio Peres: “Cümə günü yaxşı keçdi. İkinci sərbəst yürüşlərdə sazlanmaları dəyişdirərək birinci sərbəst yürüşlərə nisbətən bir addım qabağa getdik.
Daha əvvəl cümə günü maşında özümü belə rahat hiss etməmişdim. Cümə günü atdığımız addımlar həmin gün üçün maksimum idi və bu doğrudan da müsbət haldır.
Yaxşı vəziyyətdəyik və yarış tempimiz də ümid verir. Məncə, sazlanmalarda bəzi şeyləri inkişaf etdirə bilərik, amma əsas olan şey təmiz dövrə vurmaq və boliddən maksimumu almaqdır. Görək həftəsonunun qalanında nə baş verir”.
Şərh əlavə et