Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Özümü yaxşı hiss etdim

Ferrari komandasının sürücüsü Karlos Sayns Macarıstanda cümə günündən razı qalıb.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Hunqaroqinq birinci sərbəst yürüşlərdə zirvədə olub. İkinci sərbəst yürüşlərdə isə beşliyə düşüb.

Bu da onu göstərir ki, Ferrari əvvəlki həftələrə nisbətən köhnə formasına qayıdıb.

Karlos Sayns: “Ümumilikdə yaxşı gün keçirdiyimizi düşünürəm. Məncə, bu Macarıstan üçün gözəl xəbərdir, çünki bu trasda sazlanma tapmaq asan deyil.

Bundan başqa hava isti olduğu üçün hər üç tərkibində trasdakı performansı maraqlı idi. Gün ərzində hava çox isti olduğu üçün təkərlərin burada necə işlədiyini görməyə çalışdıq. Ümumilikdə isə bəzi faydalı məlumatlar əldə etdik.

Belə görünür ki, bu həftəsonu daha yaxşı vəziyyətdə olacağıq. Lakin unutmayaq ki, bu performansı cümə günü göstərmişik”.

Rauf Hacıyev

Şərh əlavə et