Kokpit.az xatırladır ki, Haas komandası son iki yarışda özünü yaxşı tərəfdən göztərə bilib. Amerika təmsilçisi Avstriya və Britaniya yarışlarında Niko Hülkenberqlə iki altıncılıq əldə edib. Ümumilikdə isə Haas son iki yarışdan 20 xalla – Niko Hülkenberq 16, Kevin Maqnussen 4 – qayıdıb. Onlar hazırda 27 xalla Mühəndislər Kubokunda yeddinci yerdədirlər.
Növbədə isə Macarıstan və Belçika Qran Priləri var. Quruluşlarına görə bu iki tras bir-birlərindən çox fərqlənir. Hunqarorinq trası daha çox asfaltayatma qüvvəsi tələb etdiyi halda, SPA mühərrik gücünə tələbkardır.
Niko Hülkenberq Macarıstan yarışında əvvəl belə açıqlamalar verib: “Macarıstan trası əyləncəli meydan oxumadır və buranı sevirəm. Bu trasda ötmələr çətin olduğu üçün şənbə günü sıralanma turuna forkuslanmalıyıq, amam yaxşı xallar topladıqdan və yeniliklərin maşında yaxşı işləməsindən sonra bunu test etməyə hazıram.
Hazırda yaxşı vəziyyətdəyik və komandadakı hər kəs yüksək motivasiyadadır. Buna görə də yay tətilindən əvvəlki son iki yarışda bunu dəyərləndirməliyik”.
Kevin Maqnussen isə Macarıstan yarışından əvvəl bunları deyib: “Bu mövsümə nəzər salsaq, yarışdığımız əksər traslarda rəqabətədavamlı idik. Buna görə də yüksək asfaltayatma qüvvəsi tələb edən bu trasda da güclü həftəsonu keçirməyi ümid edirik.
Tras əyləncəli, kiçik bir trasdır. Bir az go-kart trasını xatırladır və burada həmişə yaxşı atmosfer var. Burada çoxlu danimarkalı Formulam1 fanatları var.
Bir-birindən fərqli traslardan ibarət ardıcıl iki yarışa hazırlaşırıq. Biri Budapeştdədir. Hunqarorinq trası demək olar ki, Monako paketimiz kimi yüksək asfaltayatma qüvvəsi tələb edir. Digər yarışımız isə Spa-dadır. Ora isə aşağı asfaltayatma qüvvəsi tələb edən trasdır. Buna görə də bu iki VF-24 üçün əsl test kimi olacaq”.
Şərh əlavə et