Kokpit.az xatırladır ki, ispaniyalı sürücü yarışın əksər hissəsində Oskar Piastri ilə mübarizə aparıb. Sayns Piastrini üstələmək üçün pitə gec gəlsə də, işə yaramayıb və yekunda beşinciliyə razı olub.
Karlos Sayns: “Pitə gec gəlmək işə yaramadı, çünki Oskar məni keçdi. İmola yarışında tempimiz yaxşı deyildi və narazıyam. Sıralanma turundan sonra gördük ki, maşında bəzi şeylər istədiyimiz kimi işləmir.
Ümumilikdə işlər qaydasında getmədi və ev yarışımızda olan bu hadisəyə görə məyusam. Amma əminəm ki, Monakoda vəziyyəti tərsinə çevirib, yenidən sürətlənəcəyik.
Maşına gətirilən yeniliklər məncə, işə yaramadı. Bəzi şeylər qaydasında deyildi, amma Şarlda hər şey gözlənildiyi kimi oldu. Yarış tempi yaxşı idi”.
Şərh əlavə et